Trampdan Maduro ilə bağlı gözlənilməz açıqlama: “QARŞI DEYİLƏM”

162

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun onunla görüşmək istədiyini bildirərək deyib: “Maduro görüşmək istəyir və mən də görüşməyimizə qarşı deyiləm. Çox nadir hallarda görüş təklifini rədd eləmişəm.  Bu təklifi dəyərləndirə bilərəm”.

Tramp özünün keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun dəstəyi ilə Venesuelada özünü müvəqqəti prezident elan eləmiş Xuan Quaydo ilə heç bir əlaqəsinin olmadığını bildirərək deyib: “Onunla da olar, onsuz da olar. Lakin Venesuelada baş verənlərə son dərəcədə qarşıyam”.

Hurriyyet.org