Trampdan İran liderlərinə çağırış: “Onu edam etməsəniz xoşbəxt olaram…”

69

ABŞ Prezidenti Donald Tramp İranda hökumət əleyhinə mitinqlərdə iştirak etdiyi üçün edam olunması gözlənilən 27 yaşlı güləşçi Navid Afkarın bağışlanmasına dair çağırış edib.

Teleqraf.com xəbər verir ki, ABŞ lideri bu barədə özünün Tvitter hesabında yazıb.

Prezident qeyd edib ki, İranın möhtəşəm güləşçisi Afkarın edam olunacağı xəbərlərini eşidir: “Afkarın yeganə günahı küçələrdə hökumətə qarşı etirazlara qatılmaqdır”.

İrandakı aksiyaların iqtisadi böhran və inflyasiyaya qarşı keçirildiyni xatırladan Tramp İran liderlərinə səslənib: “Bu gənc insanın həyatını bağışlasanız və edam etməsəniz çox xoşbəxt olaram”.