TRAMP DÜNYAYA MEYDAN OXUDU – “Bu işi yoluna qoyacağam, G7 sammitində Rusiya da olmalıdır”

    9

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ticarət müharibələri başlaması ilə, qarışıqlıq atmosferi yaratdığı G7 sammitinə gedərkən açıqlamalar verib. ABŞ-ın demək olar ki, bütün ölkələrlə xarici ticarətdə zərər gördüyünü söyləyən Tramp deyib: “Bütün bu ölkələr ABŞ-ın xarici ticarətindən fayda qazandılar. Demək olar ki, bütün ölkələrlə ticarətdə zərərli çıxırıq. Bu işi yoluna qoyacağam. Və inanın ki, o bu qədər çətin olmayacaq. Razıaşmalar əldə ediləndən sonra yenidən mehriban olacağıq”.

    Tramp daha sonra deyib: “Rusiya bu iclasda olmalı idi. Niyə bu sammiti Rusiyasız keçiririk? Bəyənsəniz də, bəyənməsəniz də G7 əvvəllər G8 olub. Məncə, Rusiyanı geri çağırmaq lazımdır, çünki müzakirə masasında Rusiya da olmalıdır.

    Kanada bizə qarşı çox ədalətsiz davranır. Əgər Konqres razılıq verərsə, razılaşma əldə edə bilərəm. Mən Obama deyiləm.

    İran artıq başqa ölkə deyil. Artıq gözləri Aralıq dənizində deyil”.

    Hurriyyet.org