Tramp Rusiya qazına görə açıq-aşkar Merkeli TƏHDİD ETDİ: “BİLİRSƏNMİ, ANGELA…”

    9

    Tramp Merkelə: “Rusiya qazına milyonlar ödəyirsən, hələ NATO-ya da pul vermirsən”

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Merkelə üz tutaraq deyib: “Rusiyadan müdafiə olunmaq istəyirsən, lakin rus qazına milyonlar ödəyirsən. Üstəlik, NATO-ya da pul vermirsən. Bilirsənmi, Angela, təminat vermirəm, amma biz sizi qoruyuruq, bu, sizin üçün bizdən daha çox əhəmiyyətlidir, çünki sizi qorumaqla özümüzü nə dərəcədə müdafiə elədiyimiz bəlli deyil”.

    Almaniyanın həm Rusiyada müdafiə olunmağı istədiyi, həm də Rusiyadan milyardlarla dollarlıq neft və qaz aldığını vurğulayan Tramp Şimal Axını 2-ci boru xətti razılaşmasına işarə edərək deyib:

    “Gedib Rusiya ilə neft və qaz razılaşmaları imzalayırlar, Rusiyaya milyard-milyard dollar pul verirlər. Rusiyaya qarşı özlərini qorumaq istəyirlər, amma gedib onlara o qədər pul verirlər”.

    “O böyüklükdə Almaniyadan sadəcə 1 faiz”

    NATO-ya üzv olan başqa ölkələrin ittifaqın büdcəsinə daha çox vəsait köçürməsi tələbini təkrarlayan Tram Almaniyanı NATO büdcəsinə sadəcə Ümumi Daxili Məhsulun sadəcə 1 faizini ayırdığı üçün də tənqid edib.

    “Almaniya Avropanın, Avropa İttifaqının ən böyük ölkəsidir; Almaniyadan sadəcə 1 faiz, sadəcə bir faiz” – deyə təkrarlayan Tramp Almaniyanın baş naziri Angela Merkelin adını çəkərək deyib:

    “Eyy Angela…”

    “Özünə dedim: “Bilirsənmi, Angela, təminat vermirəm, amma biz sizi qoruyuruq, bu, sizin üçün bizdən daha çox əhəmiyyətlidir, çünki sizi qorumaqla özümüzü nə dərəcədə müdafiə elədiyimiz bəlli deyil”.

    “Bizi axmaq yerinə qoymusunuz?”

    Tramp deyib: “Bütün hesabı ödəyən axmaqlar bizmişik”. Prezident, bütün Avropanı qoruma xərclərini ABŞ-ın təkbaşına çəkməyəcəyi mesajını təkrarlayıb: “NATO-ya gedib deyəcəyə ki, artıq öz hesabınızı ödəməyiniz lazımdır. Hər şeyi ABŞ həll edə bilməz”.

    Ötən ay G7 sammitində başda Merkel olmaqla digər liderlərlə çox gərgin münasibətləri olan və 6-ya qarşı tək qalan Tramp bu həftə Brüsseldəki NATO liderləri sammitində iştirak edəcək.

    Xarici mətbuatın yazdığına görə, Almaniya ÜDM-in 1,24 faizini NATO-nun hesabına keçirir. 2024-cü ildə ölkə bu rəqəmi 1,5 faizə çatdırmağı planlaşdırır. ABŞ isə NATO-ya ÜDM-in 3,58 faizini xərcləyir – bu, isə hərbi alyansın bütün digər üzvlərinin qoyduğu vəsaitdən artıqdır.

    Hurriyyet.org