TRAMP ƏRDOĞANA VƏD ETDİ: “LAZIMİ ADDIMLARI ATACAĞIQ”

    30

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Tramp F-35 təyyarələri ilə bağlı lazımi addımları atacağını ölkəmizin prezidentinə söyləyib”.

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunın çıxışının əsas müddəları bunlardır: “Siyasi dillə deyil, hüquqi dillə də danışmq lazımdır. Türkiyə F-35 barəsində Konqresdə atılan addımlarla bağlı narahatdır. Tramp bizə lazımi addımları atacağını bildirib. Lakin Tram Türkiyəyə əhəmiyyət verir və münasibətləri inkişaf etdirmək istəyir. NATO bundan əvvəl də bu məsələ ilə bağlı açıqlama verib. NATO çox yaxşı bilir ki, Yunanıstanda Rusiyanın S-300 müdafiə sistemləri vardır. Biz bunları öz hava sahəmizi qorumaq üçün almışıq. Dolayısı ilə müttəfiq ölkələri təhdid eləmək üçün almadıq. Nəzarət də özümüzdə olacaq. Alacağımız S-400-lər NATO-ya qarşı təhdid deyil”.

    Hurriyyet.org