TRAMP: “PULUMUZU VEDRƏ-VEDRƏ DAŞIDILAR…”

    6

    Hurriyyet.org xəbər verir ki, Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdən sonra jurnalistlərin suallarına cavab verən ABŞ prezidenti Donald Tramp Çin və Avropa İttifaqı ölkələrindən narazılığını bildirib.

    “Çin illərlə bizə nömrə gəldi”

    ABŞ ilə Çin arasındakı ticarətdə çox böyük bir balans pozğunluğu olduğunu söyləyən Tramp deyib: “Çin nümayəndə heyəti ilə ticarət danışıqları aparırıq. Çünki sərf eləməyən ticarət müqavilələri üzündən ABŞ illərlə aldadıldı. Mən Çini günahlandırmıram, keçmişdəki ABŞ liderlərini günahkar hesab edirəm. Ölkəmizin zəngiliyini talan etdilər. Bundan sonra belə bir şey olamayacaq”.

    “Bu millətin cibindən vedrələrlə pul çıxardılar”

    Çin ilə ABŞ arasındakı ticarət əlaqələrinin “birtərəfli yol” olduğunu söyləyən Tramp deyib: “Bu millətin cibindən vedrələrlə pul çıxardılar. ABŞ-dan nə istədilərsə, həmişə yüzdə yüz əldə elədilər. Bunun səbəbi bizi təmsil edən heç kimin olmaması idi. Lakin indi, bu məsələdə çox yaxşı bacarığa malik olan biri var: mən varam, bizi təmsil edirəm. Çin ABŞ-dan yüz milyardlarla dollar pul qazandı. Çin, Avropa İttifaqı ölkələri, başqa dövlətlər istədiklərini elədilər”.

    Hurriyyet.org