“Tramp Putinlə bir şərtlə görüşə bilər” – ABŞ-dan AÇIQLAMA

    12

    Hurriyyet.org xəbər verir ki, ABŞ Xarici İşlər Naziri Mayk Pompeo Rusiyanın Kerç boğazında əsir aldığı Ukrayna dənizçilərini və ələ keçirdiyi gəmilərin geri qaytarılacağı təqdirdə, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin ilə görüşə biləcəyini söyləyib.

    Pompeo deyib: “Biz dənizçilərin və gəmilərin Ukraynaya geri verilməsini istəyirik. Prezidentlərin görüşünün təxirə salınmasına üzülürük. Lakin bunun baisi rusların Kerç boğazındakı davranışlarıdır”.

    Hurriyyet.org