TRAMP MÜHARİBƏDƏ UDUZUR – 33 ÖLKƏ…

    18

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın fitilini yandırdığı ticarət müharibəsi indiyə qədər Türkiyənin də aralarında olduğu 33 ölkənin Amerika məhsullarına qarşı gömrük vergilərini yüksəltməsinə səbəb olub.

    ABŞ prezidenti Donald Trampın dünya ticarət müharibəsini dərindən sarsıdan, xarici ölkələrdən Amerikaya gələn mallara gömrük rüsumunu artırmasından sonra qarşı tərəfdən olan dövlətlər də analoji addımlar atıblar.

    Trampın gömrük vergisini artırmaq qərarı dünyada təkcə Argentina, Avstraliya, Cənubi Koreya və Braziliya ölkələrinə şamil edilməyib.

    Qərarın Kanada, Meksika və Avropa İttifaqı ölkələrinə də şamil edilməyə başlanması dünya tarixinə “Müttəfiqlər arası Ticarət Müharibəsi” terminini qazandırıb.

    Bu çərçivədə 28 ədəd Aİ üzvü olan ölkə Ağ Evin polad və alüminium məhsullarına olan vergilərinə qarşılıq olaraq, iyunun 22-dən etibarən, motosiklet, yaxta, təknə, tüp, qarğıdalı, fıstık əzməsi, tütün, pomada, portağal suyu, viski, siqaret, çins şalvar, ayaqqabı, ventilyator, əlcək, polad və s. Amerika mənşəli məhsula 25 faiz gömrük vergisi tətbiq eləməyə başlayıb. Aİ-nin “davamını artırmaqla” təhdid elədiyi ilkin gömrük tariflərinin 3,2 milyard dollarlıq məhsulu əhatə elədiyi bildirilib.

    Kanada, ABŞ-ın istehsalı olan polad və alüminium məhsullarına 25% gömrük vergisi ilə kifayətlənməyib, iyulun 1-dən etibarən, paltaryuyan maşınlardan tualet kağızlarına qədər 120 istehlak məhsuluna 10 % tarif tətbiq eləməyi qərara alıb. Kanadanın Amerika məhsullarına gömrük vergisi ümumilikdə 13 milyard dollarlıq vergi yükünə çevriləcək.

    Meksika hökuməti iyunun ilk həftəsindən bəri ABŞ-dan idxal edilən alma, üzüm, giləmeyvə, donuz əti kimi müxtəlif qida və polad məhsullarına əlavə gömrük vergiləri tətbiq eləməkdədir. 15-25 faiz arasında dəyişən gömrük vergilərinin tətbiq ediləcəyi məhsulların ümumi dəyərinin 3 milyard dollara çatdığı bildirilir.

    Dünyanın ikinci ən bğyük iqtisadiyyatı olan Çin Vaşinqtona qarşı bəlkə də ən sərt qarşılıq verən ölkə oldu. Ölkədə apreldən bəri Amerikanın 128 adda, 3 milyard dollar dəyərindəki məhsuluna vergilər artırılıb.

    Hindistan və Türkiyə də ABŞ-ın gömrük vergilərinə bənzər qarşılıq verən ölkələr arasındadır.

    ABŞ-ın 8 mart tarixində qüvvəyə minən gömrük vergilərinə qarşılıq olaraq, Türkiyə iyunun 21-dən etibarən təqribən 270 milyon dollar dəyərindəki 22 ədəd (o cümlədən, spirtli içki, kosmetika, avtomobil, düyü, kağız, tütün yarpağı, plastik və kömür də daxil olmaqla) ABŞ məhsuluna 5-70 faiz arasında əlavə vergi tətbiq edib.

    İyunun 21-dən Hindistanda Amerikadan alınana qoz, badam, alma kimi ərzaq məhsulları ilə yanaşı, metal məhsullarına da əlavə gömrük vergisi qoyulub.

    Trampın başladığı ticarət müharibəsində qarşı tərəfdəki ölkələrin cavab addımı təqribən 23 milyard dollar dəyərindəki Amerika məhsullarını əhatə edir.

    Hurriyyet.org