Tramp maaşını koronavirusla mübarizəyə bağışladı – FOTO

15

ABŞ Prezidenti Donald Tramp maaşını koronavirusla mübarizə üçün ölkənin Səhiyyə və Sosial Xidmətlər Nazirliyinə köçürüb.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Stefani Qrişam "Twitter"də məlumat yayıb.

Onun sözlərinə görə, Tramp keçən ilin dördüncü rübündəki bütün maaşını – 100 min dollar vəsaiti nazirliyin hesabına köçürüb.

"Donald Tramp Prezident olduğu müddətdə maaşını bağışlamaq öhdəliyi götürdü. O, sözünə əməl edərək və Amerika xalqının təhlükəsizliyi üçün 2019-cu ilin dördüncü rübündəki maaşını koronavirusla mübarizə səylərini dəstəkləmək məqsədilə Səhiyyə və Sosial Xidmətlər Departamentinə bağışladı”, – deyə mətbuat katibi əlavə edib.

Stefani Qrişam sosial şəbəkə hesabınnda ödəniş qəbzinin fotosunu paylaşıb.