Tramp Kim Çen Ina: “Ürəyin nə istəyirsə, sənin üçün edərəm”

    15

    "Ürəyin nə istəyirsə, sənin üçün edərəm". Bu vədi ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina verib.

    Hurriyyet.org-un Trend-ə istinadən məlumatına görə, bunun üçün tək şərt isə Koreya yarımadasının tam denuklerizasiya edilməsidir.

    Bildirilir ki, belə mesaj göndərməklə D.Tramp Kim Çen Ina dost münasibət bəslədiyini ifadə edib.

    Qeyd edək ki, hələ iyun ayında iki lider Sinqapurda görüşərkən Kim Çen In amerikalı həmkarını bütün fikir ayrılıqlarını keçmişdə qoymağa çağırmışdı.