TRAMP HİDDƏTLƏNƏCƏK! – RUSİYA İLƏ FRANSA RAZILAŞDI

    6

    Hurriyyet.org xəbər verir ki, Fransanın Total Şirkəti Rusiyanın “Novatek” enerji şirkəti tərəfindən aparılan “Arktik LNG 2” layihəsinə 10 faizlik payla ortaq olduğunu bildirib.

    “Novatek”dən verilən açıqlamaya görə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən və Rusiya prezidenti V.Putin ilə Fransa prezidenti E.Makronun iştirak elədikləri mərasimdə ortaqlıq müqaviləsi “Novatek”in baş direktoru Leonid Mihelson ilə “Total”ın baş müdiri Patrik Pouyanne tərəfindən imzalanıb.

    Arktik LNG 2 çərçivəsində 2022-ci ildən etibarən illik təqribən 20 milyon tona qədər mayeləşdirilmiş təbii qaz – LNG istehsal elədiyi planlaşdırıldığı halda layihə ilə Çin və Səudiyyə şirkətlərinin də maraqlandıqları bildirilir.

    Hurriyyet.org