Tramp daha bir türk liderlə görüşür: 8,5 MİLYARDLIQ SAZİŞ

    3

    Özbəkistan Prezidenti Şövkət Mirziyayev ABŞ-a səfər edib.

    Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı UzA agentliyi yayıb.

    Onun ABŞ-da Donald Trampla görüşəcəyi vurğulanıb.

    Qeyd edək ki, Mirziyayevin səfəri zamanı ABŞ-la Özbəkistan arasında 40 sənədin imzalanması nəzərdə tutulub. Razılaşmaların ümumi dəyərinin 8,5 milyard dollar olacağı bildirilib.

    Bundan öncə Qazaxıstan lideri Nursultan Nazarbayev də ABŞ-a səfər edərək Donald Trampla görüşmüş və çoxsaylı müqavilələr imzalamışdı.