Tramp, yoxsa Bayden? Hansı qalib olacaq?

54

Hurriyyet.org xəbər verir ki,  Türkiyədə dərc edilən “Akşam” qəzetinin Vaşinqton təmsilçisi Yavuz Atalay qarşıdakı ABŞ prezidenti seçkiləri ilə bağlı mühüm bir təhlil qələmə alıb. Respublikaçılar partiyasından namizəd Donald Tramp ilə Demokratlar partiyasından namizəd Co Baydeni analiz edən Atalay ABŞ-dakı prezident seçkilərinin Türkiyəyə mümkün təsirlərini qiymətləndirib.

Anketçilər, əsas media və hətta dünya…

Hillari Klinton ABŞ Prezidenti oldu deyiləndə,

Kürsünü Donald Tramp tutdu…

Sual belədir:

Anketçilər,

əsas media

və ABD-dakı seçkiləri analiz edən dünyanın dörd bir yanından olan ekspertlər harada səhv eləmişdilər?

Anketçilərdən başlamaq lazımdırsa…

Demokratlara sorğu aparmaq asan olsa da..

Respublikaçıların rəyini öyrənmək bir o qədər çətindir…

Belə izah edək:

Respublikaçıların mühüm bir hissəsi iş yeri sahibidirlər…

İş yerlərində çox qalmazlar…

Onları yaxalayıb sual vermək, sorğuya cəlb edib rəyini öyrənmək imkansıza yaxındır…

Digər mühüm bir qismi isə böyük ərazi sahibləridirlər…

“Torpaq ağası” kimidirlər…

Kəndlərdə, dağlarda yaşayırlar…

Bölgəni tərk eləməzlər…

İnternet və telefon kimi cihazlardan “demək olar ki, heç istifadə eləməzlər”…

Qalan qismi isə fikirlərini çox bəlli eləməzlər …

Tərəddüdlü mövqe bildirərlər…

Qərarları qəti olsa belə …

Respublikaçıların çox az bir qismi fikirlərini açıq şəkildə ifadə edər…

O da anketlərin doğru nəticələri əks etdirməsinə bəs eləməz…

Yəni, Respublikaçılar arasında sorğu apararkən ortalamanı (sizə respublikaçıların ümumi mənzərəsi barəsində ən sağlam nəticəni verəcək qrupu) düzgün əks etdirmək çox çətindir…

Mümkün deyil…

2016-cı il seçkilərində edilən səhv bu idi…

Təbii bir də, əsas media spekulyasiyaları və dünyanın böyük bir qisminin anketçilərə və mediaya baxaraq ABŞ seçkilərini şərh eləməsi var…

Bu səbəbdən Prezident Trampın seçkilərdə qələbə ehtimalının olduğunu söyləyən qisim olduqca az idi…

Eyni xəta 2020-ci il seçkilərində edilir…

Anketlərdə, sorğularda Co Bayden irəlidədir…

“Tramp qorxur” kimi ifadələr səsləndirilir…

Elə bir şey yoxdur…

Trampın seçkiləri qazanması mütləq görünür…

Prezident Tramp Kovid-10 prosesinə çox yaxşı rəhbərlik elədi…

Bəlkə də mat qalacaqsınız, amma hətta öldürülən qaradərili ilə bağlı hadisələrdə belə çox yaxşı rəhbər oldu…

Təbii ki, Trampın bu prosesləri çox yaxşı udarə elədiyini anlaya bilmək üçün amerikalı gözü ilə baxmalısınız…

Trampın virusla mübarizədə “evdə qal” çağırışı eləməməməsinin bir səbəbi var idi…

Amerikalılar öləcəklərini bilsələr belə, dövlətin şəxsi həyatlarına və qərarlarına müdaxilə eləməsini istəməzlər…

Azadlıqlarına çox bağlıdırlar…

Tramp da onlara bunu verdi…

Qaradərili vətəndaş Floydun öldürülməsi hadisəsində də Tramp günahkar polislərin timsalında polis təşkilatını yerin dibinə soxub qaradərili vətəndaşın ailəsi ilə birlikdə kameraların qarşısına keçə bilərdi…

Lakin etmədi…

Çünki Respublikaçılar polis və əsgər aşiqidirlər…

Kənardan baxanda iyrənə bilərsiniz. Lakin Prezident Tramp üçün sizin iyrənməyiniz yox, noyabr ayında səslərin kimə veriləcəyi maraqlıdır…

Sual verə bilərsiniz: Türkiyə üçün Tramp yaxşıdır, yoxsa Bayden?..

Cavab – qətiyyətlə Tramp…

Bayden, Obama, Klinton…

Qısası, Demokratlar….

Həmişə Türkiyənin üzünə gülüb, arxasından quyu qazıblar…

Türkiyəyə Yaxın Şərqdə ən böyük zərəri Demokratlar partiyası verib…

Demokratlarla razılaşmaq  qeyri-mümkündür…

Trampın cəbhəsi üçün eyni sözləri deyə bilmərəm…

Respublikaçılarla Tramp razılaşmaq asan olan partiya və şəxsdir…

Markettən şokolad almaq qədər…

Şokolad yaxşıdırsa, qiyməti münasibdirsə, uzatmaq lazım deyil!..