Tramp “Üsyan qanunu”ndan faydalana bilər – Vaşinqtona bir batalyon hərbi polis göndərildi

69

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın 1807-ci ildə qəbul olunmuş, qiyam, yaxud da daxili qarışıqlıq zamanı prezidentə Amerika torpaqlarında hərbi qüvvədən istifadə eləmək ixtiyarı verən “Üsyan qanunu”ndan etirazçılara qarşı istifadə edə biləcəyi bildirilib. Bəlli olduğu kimi, qaradərili amerikalı Corc Floydun polis zorakılığının qurbanına çevrilməsindən sonra ABŞ-ı kütləvi iğtişaşlara çevrilən etirazlar bürüyüb.

Amerikanın NBC telekanalına müsahibə vermiş 4 nəfər hakimiyyət nümayəndəsi ölkə prezidentinin 1807-ci ildə qəbul olunmuş qərarla dövlət başçısına verilən səlahiyyətlərdən istifadə eləmək niyyətində olduğunu söyləyib.

Bu qanundan 1992-ci il aprelin 29-da ABŞ-ın Los-Anceles şəhərində qaradərili amerikalı Rodni Kinqi döyməkdə ittiham edilən 4 nəfər polisin məhkəmədən azadlığa buraxılmasından sonra başlanan hadisələr zamanı istifadə edilib.

Pentaqon bu məsələ ilə bağlı açıqlama verməyib. Ağ Evin mətbuat katibi Keyli Makinani isə Üsyan qanunun da variantlar arasında nəzərdən keçirildiyini söyləyib.

ABŞ-da qarşıdakı iki gün ərzində küçəyə çıxmaq qadağan edilib. Amerika ordusunun Şimali Karolinadakı Fort Braqq bazasından bir batalyon (200-250 nəfər) hərbi polis birliyinin Vaşinqtona göndərildiyi iddia edilir.

Hurriyyet.org