Tramp Türkiyəyə qarşı sanksiyaların nəzərdə tutulduğu qanun layihəsinə veto qoyacaq

441
NEW YORK - SEPTEMBER 23: Donald Trump attends the game between the New York Yankees and the Tampa Bay Rays on September 23, 2010 at Yankee Stadium in the Bronx borough of New York City. Mike Stobe/Getty Images/AFP

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp S-400 sistemləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq edilməsini nəzərdə tutan maddələrin də olduğu 2021-ci il müdafiə büdcəsi layihəsinə veto qoyacağını açıqlayıb. ABŞ Prezidenti bu layihənin “zəif” olduğunu və Konqresin təsdiqləyib D.Trampa təqdim edəcəyi təqdirdə ona veto qoyacağını bildirib.

ABŞ Senatında bu gün səsverməyə qoyulacaq layihədə Rusiyadan satın alınan S-400 hava hücumundan müdafiə sistemi ilə əlaqədar Türkiyəyə sanksiya tətbiq edilməsini nəzərdə tutan maddələr də var.