Tramp Türkiyəyə qarşı olan qalmaqallı qərara veto qoydu

501

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyaların da daxil olduğu yeni müdafiə büdcəsini veto edəcək.

ABŞ Senatı tərəfindən qəbul edilən büdcə ilə bağlı qanun layihəsində Rusiyadan S-400 raket müdafiəsi sistemlərini satın alması və “Şimalı Axını 2” boru xətti layihəsi ilə bağlı Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsi də nəzərdə tutulur. Tramp 740 milyard dollarlıq müdafiə büdcəsini nəzərdə tutan 2021-ci il Milli Müdafiə Səlahiyyəti Qanunu Layihəsini  (NDAA) veto edəcəyini bildirib. Qanun layihəsində həmçinin, 12 min hərbçinin Almaniyadan geri çağrılması, Ukraynaya daha çox silah satışı və Rusiya-ABŞ hərbi əməkdaşlığının qadağan edilməsi nəzərdə tutulur.