Tramp “TikTok”a 90 gün möhlət verdi

93

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çinin “TikTok” proqramının sahibi olan “ByteDance” şirkətinin ABŞ-dakı əməliyyatlarını 90 gün içərisində dayandırması ilə bağlı qərar imzalayıb.

Ağ Ev tərəfindən dərc edilən qərarda “ByteDance” şirkətinin ABŞ-ın milli təhlükəsizliyini təhdid edə biləcəyi ilə bağlı “etibarlı sübutlar” olduğu bildirilib. Şirkətin öz proqramları ilə istifadəçilər barəsində topladığı məlumatları bu müddət ərzində məhv eləməsi və Xarici İnvestesiya Komitəsini məlumatlandırması tələb olunur. Tramp 7 avqust tarixində amerikalı şəxslərin və təşkilatların Çin şirkətlərinin media proqramları olan “TikTok” və “WeChat” ilə əməkdaşlıq eləməsini qadağan edilməsi qərarını imzalanışdı.

“TikTok”un ABŞ-dakı şaxəsinin hər hansı bir ABŞ şirkətinə satılmayacağı təqdirdə 15 sentyabr tarixində bu sosial media platformasını qadağan edəcəklərini bildirən Tramp təhlükəsizlik narahatlığı səbəbindən “TikTok”un Çinin nəzarətində olmasını istəmədiklərini, “Maykrasoft”, yaxud da onun kimi böyük bir ABŞ mərkəzli firmanın “TikTok”un ABŞ-dakı şöbəsini almalı olduğunu bildirmişdi.