Tramp “TikTok”a 15 sentyabr tarixinə qədər möhlət verdi

144

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “TikTok” şəbəkəsinin Birləşmiş Ştatlardakı şöbəsinin hər hansı bir ABŞ şirkətinə satılmayacağı təqdirdə, 15 sentyabr tarixində Çin mənşəli sosial media platforması olan “TikTok”u ölkəsində qadağan edəcəyini bildirib.

Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında təhlükəsizlik məsələləri ilə əlaqədar Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” proqramının Çinin nəzarətində olmasını istəmədiklərini, “Maykrosoft”, yaxud da digər bir böyük ABŞ firmasının “TikTok”un ABŞ şöbəsini satın almalı olduğunu bildirib.

Hurriyyet.org