Tramp tərəfdarlarını mitinqə çağırdı! ABŞ-ın gələcək prezidentinin kim olduğu sabah bilinəcək

342

Hurriyyet.org xəbər verir ki, 6 yanvar tarixində Vaşiqntonda ABŞ Prezidenti Donald Trampın tərəfdarlarının mitinqi keçiriləcək. Bəlli olduğu kimi, Donald Tramp 3 noyabr tarixində keçirilən seçkilərin nəticələrinin saxtalaşdırıldığını və əslində özünün dövlət başçısı seçildiyini iddia edir.

Mitinqin keçirilməsi barəsində açıqlamanı Tramp öz “Tvitter” şəbəkəsindəki səhifəsində verib.

Xatırladaq ki, 6 yanvar tarixində ABŞ Konqressinin Nümayəndələr Palatası ilə Senat ölkədə keçirilmiş Prezident seçkilərinin nəticələrini rəsmən elan eləməlidirlər.

Ağ Evin başçısı yazıb: “Yanvarın 6-da, saat 11.00-da Vaşinqtonda böyük etiraz mitinqi keçiriləcək”.