Tramp tərəfdarları parlamentə silahlı basqın etdilər

45

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Miçiqan əyalətində karantin tədbirlərinin ləğv edilməsini istəyən silahlı Donald Tramp tərəfdarları parlament binasına basqın ediblər.

Tramp isə nümayişçilərin tərəfini tuturaq deyib: “Onlar yaxşı insanlardırlar, sadəcə, qəzəbləniblər”.

“Amerikalı Vətənsevər Yürüşü” adı verilən nümayişdə iştirak edən etirazçılardan bəzilərinin Donald Trampın lehinə plakatlar qaldırmaları və əllərind tüfəng olması diqqət çəkib. Etirazçılar sosial məsafə qaydalarını pozublar, çox az sayda nümayişçi maskadan istifadə edib.

Nümayişçilrin bəziləri iclas zalına daxil olmağa çalışsalar da, polis onların qarşısını kəsib. Silahlı etirazçıların fotolarını paylaşan senator Dayna Polehanki, bəzi senatorların polad jilet geyindiklərini bldirib. Nümayişçilər ştatın demokrat qubernatoru  Qretxen Vitmeri Hitlerlə müqayisə ediblər.

ABŞ prezidenti öz “Tvitter” səhifəsində silahlı etirazçıları “xoşniyyət insanlar” adlandıraraq, qubernator Vitmerə “ağıl verib”: “Miçiqan qubernatoru bir az irəli addım atıb atəşi söndürməlidir. Onlar çox yaxşı insanlardırlar, lakin qəzəblidirlər. Onlar həyatlarını geri istəyirlər, təhlükəsiz şəkildə. Onlarla görüşün, danışın, razılaşma əldə edin”.

Hurriyyet.org