“Tramp sığınacağa aparıldı” İDDİASI

42

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis zorakılığı nəticəsində həlak olmasından sonra başlanan kütləvi etiraz nümayişləri artıq altıncı gün davam edir.

Bir sıra ştatlarda asayiş qüvvələri ilə etirazçılar arasında atışma olub, nümayişlər Ağ Evin ətrafında da keçirilib.

NTV-də etirazçıların Ağ Evin qarşısındakı dəmir barrikadaları yıxdıqları iddia edilir. Amerikanın CNN televiziyası Ağ Evdəki mənbəyə istinad edərək, həmin zaman ABŞ prezidenti Donald Trampın sığlnacağa aparıldığını bildirib. İddiaya görə, Trampla birlikdə həyat yoldaşı Melaniya və kiçik oğlu Barron da Ağ Evin altındakı təhlükəsiz sığınacaqda 1 saat vaxt keçiriblər.

ABŞ prezidenti D.Tramp “Tvitter” səhifəsində açıqlama verərək, bu iddianın yalan olduğunu bildirib.

Hurriyyet.org