Tramp seçkilərlə bağlı nə edəcəyini mənə dedi – Rivera

219

ABŞ Prezidenti Donald Tramp mənə dedi ki, bütün qanuni səslər hesablananda doğru olanı edəcək.

Axar.az xəbər verir ki, bunu amerikalı jurnalist Qeraldo Rivera qeyd edib.

Rivera Trampla telefonda söhbət etdiyini söyləyib:

“Tramp mənə realist bir insan olduğunu söylədi. O, hazırda bütün əyalətlərdə səslərin sayılması prosesinin bitməsini gözləyir və hər səs uğrunda mübarizə aparmağa hazır olduğunu bildirib”.