Tramp seçkilərdə qələbə çalmaq üzrə olduğunu bəyan elədi

36

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinin ilkin nəticələrindən danışıb və öz zəfərini qeyd eləməyə hazırlaşdığını bildirib.

Donald Tramp Ohaya, Texas, Florida, Corciya, Şimali Karolina, Pensilvaniya, Miçiqan, Viskonsine kimi ştatlarda Demokratlar Partiyasından olan rəqibi Co Baydeni arxada qoyduğunu söyləyərək onu dəstəklədiklərinə görə amerikalılara təşəkkürünü bildirib.

Üç noyabr tarixində ABŞ-da dövlət başçısı, vitse-prezident, Nümayəndələr Palatasının bütün üzvləri, Senatın təqribən üçdə bir hissəsi (35 senator), 11 ştatın və 2 bölgənin qubernatorları, həmçinin bəzi ştatların qanunvericilik şuralarının seçkisi keçirilib. Səsvermə ABŞ vaxtı ilə gecə saat 1-də (Bakı vaxtı ilə 10.00-da) başa çatıb.

Fox News telekanalının məlumatına görə,  Demokratlar Partiyasından olan namizəd Co Bayden 238, Donald Tramp isə 213 səs toplayıb. Bəzi ştatların nəticələri hələ hesablanmayıb.

Seçkilər ikipilləli şəkildə keçirilir: birinci mərhələdə hər bir ştatın seçiciləri prezidentliyə namizədlərə səs verirlər. Qalib həmin ştatın bütün seçicilərinin səsini qazanmış hesab edilir. Ümumilikdə 538 seçici (konqres üzvlərinin sayı) var. Məhz onlar sonradan prezidenti seçirlər (bu il səsvermə 14 dekabra təyin edilib). Qələbə üçün 270 səs yığmaq lazımdır.