Tramp şahzadə Salmanı ABŞ Konqresinin Kaşıkçı cinayəti ilə bağlı araşdırmasından qoruyub? “Səudiyyə ABŞ məhsullarına milyardlarla dollar xərcləyir”

57

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı Camal Kaşıkçının qətli ilə bağlı ABŞ Konqresindəki araşdırmasından müdafiə elədiyi aşkara çıxıb.

Jurnalist Robert Vudvord yeni kitabında ABŞ prezidenti Donald Trampın şahzadə Salmanı səudiyyəli jurnalist Camal Kaşıkçının qətlə yetirilməsi ilə bağlı prosesdə ABŞ Konqresinin araşdırmasından müdafiə elədiyini yazıb.

Vudvordun “Qəzəb” adlı kitabının gələn həftə nəşr ediləcəyi gözlənilir.

Kitabın yazılması üçün D.Tramp jurnalist Vudvorda 18 geniş müsahibə verib.  Tramp 22 yanvar tarixində verdiyi müsahibədə Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda C.Kaşıkçının amansızlıqla qətlə yetirilməsindən sonra vəliəhd şahzadəni xilas elədiyini bildirərək deyib: “Konqresin onu rahat buraxmasını təmin elədim. Onları dayandıra bildim”.

Tramp Səudiyyə Ərəbistanının ABŞ məhsullarına milyardlarla dollar xərclədiyini vurğulayıb, ABŞ kəşfiyyatının araşdırmalarının nəticələrinə rəğmən, vəliəhd şahzadənin məsum olduğunu iddia eləyib.