Tramp peyvəndlə bağlı açıqlama verdi: “2021-ci ilin aprelinə qədər…”

84

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu gün çıxışında 2021-ci ilə qədər ölkədə bütün vətəndaşlara kifayət edəcək qədər koronavirus peyvəndi olacağını bildirib.

Yeni tipli koronavirusa qarşı istehsal edilən peyvəndin bir ay içərisində daha yüksək risk altında olan Amerika vətəndaşlarına paylaşdırılacağını söyləyən Tramp 2021-ci ilin aprelinə qədər hər kəsin peyvənd edilə biləcəyi qədər vaksin hazırlanacağını bəyan edib.