Tramp özünü Avraam Linkolnla müqayisə edib

57

ABŞ lideri Donald Tramp özünü ölkə tarixində müstəsna yeri olan – quldarlığı azad etmiş prezident Avraam Linkolnla müqayisə edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp bu barədə mənsub olduğu Respublikaçılar Partiyasının iclasında çıxış edərkən bildirib.

O qeyd edib ki, Avraam Linkolndan bəri afroamerikalılar üçün hər hansı bir prezidentdən daha çox iş görüb:

“Afroamerika icması üçün 47 il vəzifədə olan Co Baydendən daha çox iş görmüşəm. Yenidən seçildiyim zaman daha da yaxşı olacaq”.

Xatırladaq ki, ABŞ tarixinin ən böyük prezidentlərindən biri hesab olunan Avraam Linkoln ABŞ-da köləliyi ləğv edib. 1861-1865-ci illərdə prezident olduğu dövrdə, həmçinin vətəndaş müharibəsinin qarşısı alınıb.

Linkoln respublikaçılardan seçilən ilk prezident olub.