Tramp odla oynayır! Vətəndaş müharibəsi ola bilər

465
NEW YORK - SEPTEMBER 23: Donald Trump attends the game between the New York Yankees and the Tampa Bay Rays on September 23, 2010 at Yankee Stadium in the Bronx borough of New York City. Mike Stobe/Getty Images/AFP

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın müşavirləri onun daxili müharibəyə səbəb ola biləcək çox riskli bir qərar verdiyini bildiriblər. Ötən həftə Tramp tərəfdarları olan ulrasağçı “Qürurlu uşaqlar” (Proud Boys) üzvləri ilə antifaşist hərəkat olan solçu “Antifa” təşkilatının üzvlri Vaşinqton küçələrində toqquşmuşdular.

CNN media nəhəngi ölkədəki böhranın getdikcə dərinləşəcəyini bildirib.

Seçkilərin başa-baş bitdiyi Corciya, Pensilvaniya, Miçiqan, Viskolin, Nevada və Arizona ştatlarında ötən həftə nümayişlər keçirilmişdi.

Co Baydenin seçkidə qələbəsini tanımayan Tramp tərəfdarları və ulstrasağ  “Qürurlu uçaqlar” paytaxt Vaşinqton şəhərini savaş meydanına çeviriblər.

ABŞ bayraqları və Trampı dəstəkləyən plakarlarla Vaşinqtonda yürüş edən minlərlə nümayişçi Konqres binası ilə Konstitusiya Məhkəməsinin ətrafında toplaşıblar.

Vaşinqtondakı etirazı Trampın tərəfdarı olan məşhur lobbiçi Rocer Stoun təşkil edib və “Oğurluğu dayandırın” adlı yürüş keçirib. Etiraz nümayişlərində müxtəlif kilsə icmalarından olan mühafizəkar respublikaçılar iştirak ediblər.

Axşan saatlarında isə Demokratlar partiyasının qalası hesab edilən Vaşinqtonda tərəfdarlarla əleyhdarlar arasında ciddi toqquşmalar olmuş, tərəflər bir-birini dəyənəklərlə döymüşdülər.

“Assoşieyted Press” agentliyi bu toqquşmalarda dörd nəfərin bıçaqlandığınıvə yaralıların xəstəxanaya çatdırıldığını bildirib.

Seçkilərdə səslərin saxtalaşdırılması iddiaları ilə əlaqədar 14-15 noyabr tarixlərində də bənzər hallar baş vermişdi.

Trampın yaxın ətrafının onu seçkilərin nəticələrinə etiraz eləməkdən vaz keçməyə və bunun əvəzinə vəzifə müddəti bitdikdən sonra gələcəyini planlaşdırmağa və yalnız 2024-cü ildə yenidən seçkilərdə iştirak eləməyə razı salmağa çalışdığı bildirilir.

Trampın Baydenin andiçmə mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı suallara cavab vermədiyi deyilir.