Tramp Nyu-York, Vaşinqton və digər şəhərlərin maliyyəsini kəsəcəyini dedi – sərt təpki aldı

45

ABŞ prezidenti Donald Tramp Nyu-York, Vaşinqton, Sietl (Vaşinqton ştatı), Portlend (Oreqon ştatı) kimi şəhərləri federal dəstəkdən məhrum etməyə hazırlaşır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müvafiq memorandum Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.
Birləşmiş Ştatların prezidenti adı çəkilən şəhərlərin rəhbərlyini “anarxiya, zorakılıq və dağıntılara” gərəkli reaksiya göstərməməkdə suçlayıb.

“Mənim administrasiyam federal vergilərdən gələn dollarları qanunsuzluğa göz yuman şəhərlərin maliyyələşməsinə ayırmaq fikrində deyil”,-deyə prezident söyləyib. Qeyd etmək lazımdır ki, həmin şəhərlərin hamısı müxalifətdəki Demokrat partiyasıından seçilən merlər tərəfindən idarə olunur. Hər üç şəhər rəhbərliyi kütləvi iğtişaşları yatırmaq üçün milli qvardiyadan istifadə olunması ilə bağlı Ağ Evin təklifini qəbul etməyib.

ABŞ lideri ölkənin baş prokuroru Uilyam Barra öz bölgələrində qayda-qanun yarada bilməyən “anarxist yursdiksiyaların” siyahısını hazırlamaq barədə göstəriş verib. Prezident həmçinin Ağ Evin inzibati-büdcə idarəsinin rəhbəri Rassel Vouta 30 gün ərzində “anarxist bölgələrin qrantdan məhrum edilməsi ilə əlaqədar federal qurumlara tövsiyyələrin verilməsini” tapşırıb.

“Mənim administrasiyam zəif merləri, qanunun olmadığı şəhərləri federal dollarları qapmasına imkan verməyəcək”,-deyə prezident öz tvitter hesabında yazıb.

Trampın adını çəkdyi şəhərlərin rəhbərliyindən onun bu qərarına sərt təpki gəlib. “Bu adam kral deyil ki, Nyu-Yorku maliyyələşmədən məhrum eləsin. Prezidentin elədikləri qeyri-qanuni trükdən başqa bir şey deyil”,-deyə Nyu-Yorkun şəhərinin meri Endryu Kuomo tvitterdə yazıb. Onun sözlərinə görə, prezident əvvəldən şəhərdə epidemiyaya yol verməklə Nyu-Yorku cəzalandırmaq istəyir.