Tramp niyə uduzduruldu?

438
Republican presidential candidate Donald Trump arrives to speak during a rally at Gilley's in Dallas, Thursday, June 16, 2016. (AP Photo/LM Otero)

Və yaxud qlobalistlərin yeni hədəfləri nələrdir…

Prezident Donald Trampın seçki saxtakarlığı və ona qarşı sui-qəsd iddiaları sağ mediada üstünlük təşkil edir. Tərəfdarları seçki məğlubiyyətini izah etməyə çalışırlar. Artıq əsas günahkar da müəyyən olunub: Çin Kommunist Partiyası (ÇKP). ÇKP-nin Co Baydenə olan dəstəyi bir müddətdir ki, sağ mediada dolaşmaqdadır.

Tramp məğlubiyyətini Çinin müdaxiləsi ilə izah etməyə çalışsa da, əslində onun nəzərdə tutduğu Çini yeni siyasi-sosial formasiya modeli kimi planetə sırımağa çalışan “Digital World”ün, yəni dünya ölkələrini “Rəqəmsal Dünya” formatına keçirməyə çalışan qlobal dünya sisteminin müəllifləridir.

Mediada yayılan xəbərlərə görə, Trampı dəstəkləyən silahlı qruplar Corciyadan Arizonaya, Texasdan Pensilvaniyaya, Oreqondan Miçiqana qədər bir çox əyalətin konqres binaları qarşısında toplaşaraq, “iş bitmədi”, “oğurluğu dayandırın” şüarları səsləndirərək, seçkinin qeyri-qanuni nəticələrini protest ediblər. Corciya ştatının Atlanta şəhərində bir araya gələn qruplar Baydenin həbsini və Trampın seçki nəticələrini rədd etməsini tələb edən şüarlar səsləndiriblər.

Baydenin də tərəfdarları Atlanta konqressinin qarşısına toplaşıb və polis iki qrupu ayırmaqda çətinlik çəkib. Bundan başqa seçki nəticələrinə etiraz etmək üçün Pensilvaniya ştatındakı Harrisburq şəhərində də minlərlə insan toplanıb, səslərin sayılmasını dayandırmağı, qanun pozuntularını aşkarlamaq istədiklərini tələb edirlər. Etirazçıların sırasına silahlı qrup da qatılıb – hələ pandemiya dövründə amerikanların silahlanmasının artması barədə deyilirdi, xüsusilə də Tramp tərəfdarlarının arasında.

Ümumiyyətlə, demokratların seçkilərdə qələbəsinin qarşısını almaq üçün Tramp ABŞ-ın siyasi və biznes həyatında bir çox məşhurlarla yaxın münasibəti, əlaqəsi olan Ceffrey Epsteinin qaranlıq işlərini ortaya tökməklə başlamışdı. Çox güman ki, görəvlərindən biri adlı-sanlı siyasət və iş adamlarını cinsi həvəslərini söndürmək, insan ticarəti qurbanları olan kölələri onların qulluğuna təqdim etmək idi. Həmçinin kompromat üçün bu cinsi zorakılıq aktlarının sənədləşdirilməsi, videolarla qeydə alınması və lazım olduğunda sabotaj və şantaj üçün kəşfiyyat orqanlarına çatdıqmaq da. Siyahıda Billi Klintondan tutmuş Britaniyanın kral ailəsinə uzanan siyasi fiqurlar, Hollivud aktyoru Tom Hanksdan tutmuş satanist sənətçi kimi sırınan Marina Abramoviç və s. bir çoxları var. Maraqlananlar internetdə bu barədə materialları əldə edə bilər.

Ceffrey Epsteinin başçılıq etdiyi qara əməllər isə onun Virgin Adalarındakı Little St.James adasında baş vermişdi. Xəbərlərə görə, Epsteinin həbsindən sonra bu adadan “sex trafficking”, “pedofiliya” əhvalatının 11 yaş və ondan kiçik olan qurbanlarının xilas edilməsi məlumatları mediada yayıldı. Yəni anlayacağınız Epstein deyilən adam kiçik uşaqların satışını, cinsi istismarını təşkil edən insan taciri idi. ABŞ və Avropa mətbuatını silkələyən hadisələr “Pizza Gate” adı ilə mediada tirajlandı. İnsan taciri 10 avqust 2019-cu ildə həbsxanda “intihar etdi”…

Dediyim budur ki, Trampın solçu-demokratlara qarşı mübarizəsi çoxdan başlamışdı. Qaradərili George Floydun ölümü üzərindən dəzgahlanan Black Lives Matters hərəkatı, ABŞ-ın irqçi mahiyyətinin qabardılması, Amerikanın aborigen xalqı olan  qırmızıdərililərin ayağa qalxması, anqlosakson kökənli Amerikanın onların kökünü kəsməsi Demokratların “qara tərəflərinin” ifşasına görə Trampdan alınan qisas idi.

Qəribədir ki, Trampın seçkilərin gedişində Ağ Evdə çıxışının Fox TV tərəfindən yayımının dayandırılması, ABC News, CNN, AP, NBC kimi iri media yayım orqanlarının – Tramp hər zaman onların bir əl tərəfindən idarə olduğunu bildirirdi və etibar etmirdi – ona yayım dəstəyi verməkdən imtina etməsi, Co Baydenin qələbəsi haqda vaxtından əvvəl, yəni hələ rəsmi nəticələr açıqlanmamış, onu yeni prezident elan etməsi də həlledici zərbəni vurdu. Tramp öz Twitter səhifəsində prezident seçkilərində qalib gəldiyini belə ifadə etdi: “Mən seçkiləri 71 milyon qanuni səs almaqla qazandım. Görünür, bizim müşahidəçilərin görməyinə icazə verilməyən hallar baş verib. Poçtlarla göndərilməli olan milyonlarla bülleten lazım olmayan adamlara göndərilib”. Göründüyü kimi, seçkilərdə Bayden qalib gəlmədi, Trampın uduzması təmin olundu. 

Baydenin “Ağ Ev”inin Tramp administrasiyasına nisbətən daha tutarlı Çin siyasəti yürüdəcəyi ehtimal edilir. Ancaq daha tutarlı yanaşma yumşaq yanaşma demək deyil, çünki indi ABŞ-da Çinin strateji rəqib olduğu  etirafı var. Baydenə ABŞ xarici siyasətinin əsas yükünün prezidentin səlahiyyətində olması və ya bunun görüntüsü kömək oldu.

Yeni prezidentin vitse-prezident namizədi Kamala Harrisə görə Co Bayden rəhbərliyi Prezident Donald Trampın Fələstin və daha geniş Yaxın Şərqlə bağlı bir sıra mübahisəli siyasətlərini geri çevirəcək. Harris hələ seçkilərin nəticələri tam bəlli olmamış, həftə sonu Arab American News-a verdiyi müsahibədə Fələstinə çoxsaylı dəstək vədləri verdi.

ABŞ-ın Fələstin və daha geniş Orta Şərqdəki xarici siyasəti ilə bağlı bir sualı cavablandıran Harris dedi: “Co ilə mən də hər fələstinlinin və hər bir İsraillinin dəyərli olduğuna inanırıq və fələstinlilərlə israillilərin azadlıq, təhlükəsizlik, firavanlıq və demokratiyadan eyni səviyyədə yararlanmalarını təmin etmək üçün çalışacağıq ”.

Tramp erasının dəyişəcəyini, ABŞ-ın Benjamin Netanyahunun ultra sağ anti-Fələstin hökuməti ilə birgə addımladığını, öz hakimiyyətlərinin böyük bir dönüş işarəsi olacağını vurğulayan Harris əlavə etdi: “İki dövlətli həll yoluna sadiqik və bu hədəfə xələl gətirən addımlara qarşı çıxacağıq. Biz ilhaq və məskunlaşmanın genişləndirilməsinə də qarşı çıxacağıq ”.

Harris, həmçinin Trampın Fələstinlilərə yardım göstərən təşkilatları ləğv etmək qərarına son qoyacağına söz verdi: “Fələstin xalqına iqtisadi və humanitar yardımın bərpası, Qəzzada humanitar böhranın aradan qaldırılması, ABŞ-ın Şərqi Qüdsdə konsulluğunun açılması və Fələstin Nümayəndəliyinin Vaşinqtonda açılması üçün dərhal addımlar atacağıq”.

ABŞ-ın məşhur “Foreignpolicy”, “Meadle East Monitor” və s. kimi nəşrlərində Trampa qarşı çox şiddətli qaralama kampaniyası aparılır.

Obamanın dövründə vitse-prezident olan Baydenin yenə də eyni Obamanın kadrı olan Kamala Harrisin müşayiətilə Trampın uduzdurulmasının müqabilində hakimiyyətə gətirilməsi diqqətçəkicidir. Ümumiyyətlə, Trampın hakimiyyəti dönəmi ondan əvvəlki həm respublikaçı, həm demokratların hakimiyyətləri dövründəkindən daha sakit keçməsi müşahidə olundu. Görünür, ABŞ dərin dövlətinin müharibə tələbinin təmin edilməməsi də Trampın gedişinə səbəb oldu.

Trampı məğlubiyyətə gətirən faktorlar daha nələr oldu? İlk növbədə koronavirus… Dünya ölkələrinin, o cümlədən ABŞ-ın iqtisadiyyatını çökdürən amillərdən biri koronavirus oldu. Tramp isə yeni seçkilərə iqtisadi inkişaf və rifah amili üzərində getmək fikrində idi. Bundan başqa, Tramp koronavirusun həm də onun reputasiyasına vuracağı zərbəni nəzərə almadı. Həm də bilə-bilə ki, dünyaya servis edilən koronavirus panikasının məqsədlərindən biri də seçkilər ərəfəsində onun bacarıqsız olduğunu qabartmaq, iqtisadi çöküş fonunda onun gözdən salınması idi. Hazırda Tramp seçkilərə dair məhkəmə başlatmaq fikrində olsa da. kürəkən C.Kuşner onu fikrindən daşındırmağa çalışaraq, məğlubiyyəti qəbul etməyə çağırır. Amma Trampın müharibəsiz geri çəkilmək fikrində olduğu görünmür. Bəlkə də hələ götür-qoy prosesi gedir. Geri çəkilmə olsa da sövdələşmənin şərtləri üzərində düşünülüb qərar veriləcək, baş verənlərin şahidi olacağıq.

77 yaşında olan Baydeni başa gətirənlər onun 4 illik prezidentlik müddətinin tamamlayacağına inanmadıqları üçün ehtiyatda Kamala Harrisi də saxlayırlar.

Beləliklə, Baydendən nə gözləyək? – Əslində Demokratların sülh göyərçinləri kimi çıxış etməsinə baxmayaraq, onların hakimiyyətdə olduğu dövrdə heç də az qan tökülməmişdi. Məsələn, Obamanın zamanında…

Demokratik cəbhənin tərəfdarları, o cümlədən feministlər də xaos qarşıdurmasına kifayət qədər hazırlıqlıdırlar. Belə ki, Trampın pandemiya dövründəki silahlanan tərəfdarlarının qarşısına çıxacaq demokratik dəstələr də gözləməkdədirlər. 2016-cı ilin seçkilərində Trampla yarışan Hillari Klintonun xeyrinə Obamadan bir kəlmə də dəstək sözü eşidilmədi. Bu dəfə isə fərqli oldu, Obama özü şəxsən Baydenə dəstək nitqi etdi. Hazırda da Obama Demokrat Ppartiyasında ən nüfuzlu siyasətçilərdəndir, hansı səbəbdənsə H.Klintona dəstək vermədi, çünki ona güvənmədi. Baydenə onun güvəninin bir səbəbi də özü kimi rəngli irqdən olan, kimliyi, haradan peyda olduğu naməlum, həm də LQBT tərəfdarı, polis əleyhdarı olan Kamala Harrisin sələf roluna namizədliyi ola bilərmi? Harris Kaliforniya ştatının prokuroru olduğu zamanlarda polis qatilinə ölüm cəzası verməkdən imtina etmişdi. Yəni hüquq-mühafizə orqanlarına belə münasibəti olan kadırını Obama nədən irəli çəkir? Qlobal dünya dövlətinin ərsəyə gəlməsi üçün qlobal xaosa ehtiyac var… Tramp Hitler rolunu boynuna götürmədiyi üçün Bayden səhnəyə gətirilir, amma yaşlı olması səbəbindən müharibəni başlatmağa, başlatsa da davam etdirib sona çatdırmağa ömrü imkan verməyə bilər. Əlbəttə ki, ondan daha gənc vitse-prezidentə ehtiyac məhz Kamala Harris ilə ödəniləcək, yəni başlanmış qlobal müharibə, xaos missiyasını göbələk kimi ortaya çıxan Harris sona çatdıracaq.

Xatırladaq ki, ABŞ-Çin rəqabəti fonunda Pekinin üzüyuxarı yüksəlişə getməsinə faktiki olaraq 2001-ci ildə Nyu-Yorkdakı qoşa qüllələrin vurulması-partladılması ilə start verildi. Qlobalist olan Baydenin ağalarına güclü milli dövlətlər gərək deyil, tam əksinə. Milli dövlətlər zəifləməli, böyük dövlətlər parçalanmalı, qlobal ağaların tərcih etdiyi “çətir” altında idarə olunmalıdır.

Ülviyyə ŞÜKÜROVA