Tramp Livana “əhəmiyyətli dərəcədə” kömək vəd verdi

60

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Livana “əhəmiyyətli” kömək edəcək.

“Çox ölkələr (Livana-red) kömək etməyə hazırlaşırlar”, – Tramp jurnalistlərə deyib. ABŞ rəhbəri Fransa prezidenti Emmanuel Makronun çağırdığı Livana yardım üzrə liderlər qrupunun müşavirəsində iştirak edib.

ABŞ-ın Livana nə qədər vəsait ayıracağı barədə suala Tramp belə cavab verib: “Bu, əhəmiyyətli olacaq”.

O, xatırladıb ki, ABŞ daha əvvəl Beyruta yardımla üç hərbi-nəqliyyat təyyarəsi göndərib.

Dağıdıcı partlayış avqustun 4-də Beyrutun dəniz limanında, Livanın Hərbi-Dəniz Qüvvələrinin bazası yaxınlığında baş verib./report/