Tramp Küveyt əmirinə medal verdi. “İsrail ilə münasibətlərini normallaşdıran ölkələrdən biri olacaq”

54

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Küveyt əmiri Sabah əl Əhməd əl Cabir əs Sabah ilə danışıq aparıb. Tramp Küveyt əmirinin oğlu ilə Ağ Evdə keçirilən görüşdən sonra verdiyi mətbuat konfransında Küveytin də İsrail ilə münasibətlərini normallaşdıran ölkələrin biri olacağını, bunun üçün əlavə 8 ölkənin də gözləmə mövqeyində olduğunu bildirib.

Mətbuat konfransından əvvəl Donald Tramp Küveyt əmirini ABŞ Prezidentinin ali mükafatı ilə təltif edib. 91 yaşlı əmir Sabah əl Əhməd əl Cabir əs Sabah ağır xəstə olduğundan mükafat onun oğluna təqdim edilib.