Tramp koronavirusa qarşı yeni “müalicə” təklif etdi, qalmaqal və təşviş yarandı – DEZİNFEKSİYA MƏHLULUNU DAMARA VURMAQ?!

33

ABŞ prezidenti Donald Trampın koronavirusa qarşı təklif etdiyi yeni “müalicə” üsulu təşvişə və qalmaqala səbəb olub.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, ölkəsində hər gün minlərlə adamın virusdan öldüyü bir vaxtda Tramp dezinfeksiyaedici maddələrin iynə ilə bədənə yeridilməsi yolu ilə müalicəni sınaqdan keçirməyi təklif edib. Amma dərhal da əlavə edib ki, o həkim deyil və sadəcə olaraq ağlına belə üsul gəlib, onu sınaqdan çıxarmağın mümkünlüyü haqda fikirləri bilmək istəyir.

Koronavirusun müalicəsində dezinfeksiyaedici maddələrin istifadəsi barədə prezident Trampın  şərhinin ardınca aparıcı dezinfektant istehsalçısı sərt xəbərdarlıqla çıxış edib.“Lysol” və “Detto”l brendlərinin sahibi Reckitt Benckiser bildirir ki, onun istehsal etdiyi maddələr inyeksiya və ya daxilə qəbul etmək üçün nəzərdə tutulmayıb.

Dizenfektantlar təhlükəli maddələrdir və zəhərlənməyə səbəb ola bilər. Həkimlər də xəbərdarlıq ediblər ki, həddən artıq ultrabənövşəyi şüalanma dəri üçün təhlükəlidir, içəriyə izopropil spirti və ya xlor əsaslı ağardıcının qəbulu isə ölümcül nəticə verə bilər.

Trampın şərhləri sosial mediada da minlərlə reaksiya doğurub.

“Dezinfeksiyaedici və gigiyena məhsullarımız yalnız nəzərdə tutulmuş və istifadə qaydalarına uyğun istifadə edilməlidir. Zəhmət olmasa, etiket və təhlükəsizlik məlumatlarını oxuyun”, – Reckitt Benckiser şirkətinin yaydığı bəyanatda deyilir.

Cümə axşamı günü Ağ Evdə keçirilən brifinq vaxtı hökumət tərəfindən aparılan araşdırmanın nəticələri açıqlanıb. ABŞ Daxili Təhlükəsizlik Departamentinin tədqiqatlar üzrə direktoru Uilyam Brayan, günəş işığı və dezinfeksiyaedici maddələrin, spirt və ağardıcının koronavirusu tez və effektiv şəkildə məhv etdiyini açıqlayıb.

Tramp bu məlumatları şərh edərək “dezinfektant infeksiyası” və “çox güclü ültrabənövşəyi” işığın potensial müalicəvi imkanları barədə mülahizələri ilə bölüşüb. O, qeyri-standart terapiya kimi, “daxili orqanların ultrabənövşəyi işıqla şüalanmasını” və “virusu dezinfeksiyaedici inyeksiya ilə məğlub etməyin yolları” barədə bəhs edib.

Ağ Evdə keçirilən mətbuata konfransından sonra ABŞ-da yaxşı tanınan “Lysol” markalı dezinfeksiya maddəsinin adı ən azı 125 min tvitdə qeyd olunub. Tibb işçiləri də prezidentin çıxışını tənqid ediblər

Həddindən artıq ultrabənövşəyi şüalanma dəri üçün təhlükəlidir, içəriyə izopropil spirti və ya xlor əsaslı ağardıcının qəbulu isə ölümcül nəticə verə bilər, həkimlər xəbərdarlıq edir.

“Hər hansı bir təmizləyici məhsulu orqanizmə inyeksiya etmək və ya qəbul etmək məsuliyyətsizdir və təhlükəlidir, – pulmonoloq və qlobal səhiyyə siyasəti mütəxəssisi Dr Vin Gupta NBC kanalına deyib.

“Xlor əsaslı ağardıcı ağciyərlər üçün ən pis şey olardı”, pulmonoloq Con Balmes Bloomberg News-a bildirib – Tənəffüs yolları və ağciyərlər hətta aerozol şəklində olsa belə, dezinfeksiyaedicinin təsirinə tab gətirə bilməz.”

İlk dəfə deyil ki, tibb sahəsində məsləhət verən ABŞ prezidentinin şərhləri tənqidlə qarşılanır. Bundan əvvəl o, Covid-19-un malyariyaya qarşı dərmanla müalicə olunmasını təklif etmişdi.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu dərmanın koronavirusla mübarizədə istifadəsini təsdiqləməyib və onun effektivliyinə dair heç bir dəlil yoxdur.