Tramp kimi Putin də Nobel sülh mükafatına namizəd oldu

78

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin 2021-ci il Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.

Rusiya mətbuatında dərc edilən xəbərlərə görə, Vladimir Putin rusiyalı yazıçı Sergey Komkov tərəfindən 2021-ci il Nobel sülh mükafatına namizəd göstərilib. Nobel Komitəsinə namizədlik məktubunun 9 sentyabr tarixində təqdim edildiyi və bunun ardından ABŞ Prezidenti D.Trampın mükafata namizəd göstərildiyi bildirilib.