Tramp istirahətini yarımçıq kəsdi və…

270

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp həyat yoldaşı Melanya ilə birlikdə istirahətini qəflətən yarımçıq kəsib və Ağ Evə qayıdıb.

Virtualaz.org bildirir ki, bu barədə 31 dekabr cümə axşamı günü TASS Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Tramp həyat yoldaşı ilə birlikdə Milad bayramını qeyd etdiyi Floridadakı Mar-a-Lago əmlakından geri uçub. Amerika lideri onu Prezident İqamətgahında gözləyən jurnalistlərin suallarını cavablandırmadan dərhal Oval kabinetə keçib.

Xatırladaq ki, bundan əvvəl Tramp Twitter-də Vaşinqtonda ABŞ Konqresinin noyabr prezident seçkilərinin nəticələrini təsdiqləyəcəyi gün – 6 yanvarda olacağını elan etmişdi. Amerika lideri daha sonra qayıdışını qaçırmamağa çağırmış və bu mövzuda daha sonra məlumat verəcəyini bildirmiş, ancaq tam olaraq nəyi nəzərdə tutduğunu açıqlamamışdı