Tramp hələlik COVID-19 əleyhinə peyvənd olunmaq istəmir

354

ABŞ prezidenti Donald Tramp bildirdi ki, hələ koronavirus peyvəndi etdirməyi planlaşdırmır.

“Report” xəbər verir ki, dövlət başçısı bunu “uyğun olan vaxtda” etmək niyyətində olduğunu qeyd edib.

“Əgər buna ehtiyac yoxdursa, Ağ Evdə işləyən insanlar proqram çərçivəsində vaksinə bir qədər gec giriş əldə etməlidir. Mən xahiş etdim ki, buna düzəliş edilsin. Mən peyvənd edilməyi planlaşdırmıram, amma bunu uyğun olan vaxtda etməyə ümid bəsləyirəm”, – Tramp özünün tvitterdəki səhifəsində yazıb.

Daha əvvəl bildirilirdi ki, yaxın vaxtlarda Trampa və onun administrasiyasının digər yüksək vəzifəli məmurlarına koronavirus peyvənd etməyi təklif edəcəklər.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir. Bir neçə ay əvvəl Tramp və xanımı da COVID-19-a yoluxub.