Tramp getdikcə sərtləşir –  hərbi vəziyyət planları qurur

669

Seçkilərin nəticələri ilə razılaşmayan Trampın radikal addımlar atacağı gözlənilir

Hurriyyet.org xəbər verir ki,  ABŞ-da 3 noyabr tarixində keçirilən prezident seçkilərində məğlub  olmuş və seçkilərdə saxtakarlıq edildiyi barəsində Ali Məhkəməyə hüquqi müraciətləri nəticəsiz qalmış Donald Trampın radikal addımlar atacağı gözlənilir. Vəzifəsini təhvil verməsinə – 20 yanvar tarixinə bir aydan da az vaxt qalmış Trampın hərbi vəziyyət variantını gündəmə gətirdiyi bəlli olub.