Tramp Çinin uyğur türklərinə və digər müsəlmanalara qarşı təzyiqlərinə görə sanksiya tətbiqinə qərar verdi

81

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp uyğur türklərinə qarşı təzyiq siyasəti ilə bağlı çinli məmurlara təzyiq göstərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Tramp yazılı açıqlama verərək, Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki müsəlmanların hüquqlarını pozmasını pisləyən və bəzi çinli məmurlara qarşı sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini imzaladığını bildirib.

Qanun layihəsi 15 may tarixində Senatda, 27 mayda Nümayəndələr Palatasında təsdiq edilərək imzalanması üçün prezident Donald  Trampa təqdim edilmişdi.

Qanun layihəsində Çindəki uyğur türklərinə və digər müsəlman xalqlara qarşı təzyiq və zorakılıqlara görə, bəzi çinli məmurlara qarşı sanksiya tətbiq edilməsi çağırışı edilir. Bu sanksiyalar arasında çinli məmurların ABŞ-dakı vəsaitlərinin dondurulması və həmin məmurlara viza verilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Qanun layihəsində ABŞ XİN-in regiondakı insan hüquqları pozuntuları üçün hesabat hazırlanması tələb edilir.

Hurriyyet.org