Tramp Çini bir daha koronavirusu qəsdən yaymaqda İTTİHAM ETDİ

84

ABŞ prezidenti Donald Tramp güman edir ki, Çin hakimiyyəti yeni koronavirusun başqa ölkələrə yayılmasının qarşısının alınması üçün daha aktiv tədbirlərə təşəbbüs etməyə bilərdi.

Bu barədə ABŞ lideri “The Wall Street Journal” qəzetinin jurnalistlərinə müsahibəsində bildirib.

“Ehtimal var ki, bu qəsdən idi”, – Tramp deyib. Onun versiyasına görə, rəsmi Pekinin beləliklə bir sıra başqa dövlətlərin iqtisadiyyatına zərər vurmağa çalışması mümkündür. Tramp xatırladıb ki, pandemiyanın başlanğıcına qədər ABŞ-da iqtisadi vəziyyət çox əlverişli olub.

ABŞ prezidenti etiraf edib ki, kəşfiyyat xidmətləri bu versiyanı təsdiq edə bilən hər hansı məlumatlar almayıb. Trampın ehtimalına görə, Çin hakimiyyəti virusun yayılması ilə mübarizədə hansısa səhvlər buraxıb.

Çinin virusun başqa ölkələrə yayılmasına mane olmamasından bəhs edən Tramp deyib: “Mən düşünmürəm ki, onlar belə edib”.

Amma dəqiq bilmək olmaz. Bu (koronavirus) zərər vurdu”, – o əlavə edib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Ölkədə habelə xeyli sayda insan COVID-19-dan ölüb. \\Report