Tramp: “Botona qulaq asmış olsaydım, indi 5-ci dünya müharibəsində idik”

78

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp keçmiş təhlükəsizlik müşaviri Con Bolton haqqında danışarkən deyib: “Mən bu axmağa qulaq asmış olsaydım, indi 5-ci dünya müharibəsində olardıq”.

3 noyabrda keçiriləcək prezident seçkilər kampaniyası daxilində Ohayo ştatının Dayton şəhərində seçicilərlə görüşü zamanı çıxış edən D.Tramp seçkilərin ölkə tarixi baxımından mühüm olduğuna işarə vuraraq, Demokratlar partiyasının namizədi Co Bayden barəsində bunları söyləyib: “Bayden seçkilərdə qələbə qazansa, tarixin ən pis namizədi ilə mübarizədə seçkidə uduzmuş olacağam. Bayden dəyişməz qlobalçıdır. Bildiyiniz kimi, qlobalçılar sıradan çıxıblar. Onlar bu ölkəni məhv eləmişdilər”.

Hakimiyyəti dövründə ölkəsinin hərbi gücünü də artırdıqlarını vurğulayan Tramp deyib: “Hazırda F-35-lərimiz var. Siz onları görə bilməzsiniz. Onlar gizlidirlər”.

Tramp yeni tipli koronavirus (Kovid-19) ilə mübarizələrinə də davam elədiklərini vurğulayaraq deyib: “Bu ilin axırında, ya da erkən bir tarixdə möhtəşəm br peyvəndimiz olacaq. Gələn il bu pandemiyanın kökünü kəsəcəyik”.