ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni seçilən prezident Co Baydenin andiçmə mərasiminə qatılmayacaq.
Hurriyyet.org xarici KİV-lərinə istinadən bildirir ki, bu barədə Tramp Tvitter hesabında paylaşım edib.
“Maraqlananlar üçün bildirim ki, 20 yanvarda baş tutacaq mərasimə qatılmayacağam”, – Tramp qeyd edib.
Qeyd edək ki, 20 yanvar 2021-cildə Vaşinqtonda Baydenin inauqurasiya mərasimi baş tutacaq.