Tramp Baydendən yazdı: “Seçkilərdə saxtakarlıqla qələbə qazandı”

204

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Tvitter” sosial şəbəkəsindəki açıqlamasında prezident seçkilərində qələbə qazanan rəqibi Co Baydenin adını çəkmədən onun barəsində yazıb: “O, seçkilərdə saxtakarlıq olduğu üçün qələbə qaçdı”.

Bununla da Tramp ilk dəfə olaraq Baydenin seçkilərdə qələbə qazanmış olduğunu açıqlayıb.

Tramp öz müşahidəçilərinn səslərin sayılması prosesinə buraxılmadığını söyləyib, səslərin “Dominion” adlı radiakal solçu kimi mənfi reputasiyaya malik özəl şirkət tərəfindən hesablandığını iddia edib.  ABŞ Prezidenti D.Tramp bildirib:  “Bu (şirkət), böyük fərqlə qələbə çaldığımız Texasa belə haqq vermədi”.

Tramp yazıb: “Seçki gecəsində meydana gələn bütün mexaniki “axsamalar” həqiqətən də onların səs oğurlamağa çalışarkən yaxalanması idi. Amma ələ keçmədən uğurla yaxalarını qurtara bildirlər. Poçt yolu ilə aparılan seçilər iyrənc bir zarafat idi”.