Tramp: “Bayden prezident seçilsə, Çin ölkəmizin sahibi olar”

99

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 3 noyabrda keçiriləcək 59-cu prezident seçkiləri üçün namizəd göstərildiyini Ağ Evdəki çıxışı ilə rəsmən bəyan edib. Çıxışında Baydenin 47 illik siyasi həyatını və Çinin siyasətini tənqid edən Tramp deyib: “Bayden Çinin iqtisadiyyatının güclənməsinə dəstək oldu. Çox etibarlı kəşfiyyat mənbələrinə istinadən deyə bilərəm ki, Çin bu üzdən Baydeni dəstəkləyir və ümidsizcəsinə seçkiləri onun qazanmasını istəyir. Bayden seçilərsə, Çin ölkəmizin sahibi olacaqdır. Mən seçilsəm, dünyada yol açdığı tənəzzül üçün Çini mühakimə edəcəyəm”.