“Tramp administrasiyası Ermənistanı dəstəkləməyəcək” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

132

“Hazırkı mərhələdə atəşkəsin əldə edilməsi Azərbaycan üçün məqbul deyil”

“ABŞ-ın dövlət katibi Mayk Pompeonun dəvəti ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda birgə görüşündə atəşkəsin əldə edilməsi gözlənilmir”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, hazırda ABŞ-ın mövqeyi neytraldır və hərbi əməliyyatların davam etdirilib, ərazi bütövlüyünün təmin olunması onun regional maraqları çərçivəsindədir: “Azərbaycanın diplomatik təmasları və görüşlərdə iştirakı lazımdır və bununla paralel uğurlu hərbi əməliyyatları da davam etdirir. Hazırkı mərhələdə atəşkəsin əldə edilməsi Azərbaycan üçün məqbul deyil. Pompeo Vaşinqtonda Ermənistan tərəfinə baza prinsiplərini qəbul etməsini və atəşkəsin dayandırılmasını təklif etməsi şübhəsizdir. Ümumiyyətlə, Vaşinqton görüşü Azərbaycana Moskva görüşündən daha uyğundur və burada ABŞ “stavka”nı Bakıya verir. Ərazi bütövlüyünün təmin olunması ABŞ-ın da prioritet istiqamətlərindəndir. Tramp administrasiyası regionda Ermənistanı dəstəkləməyəcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org