Tramp ABŞ iqtisadiyyatını süquta götürür – “Die Zeit”

78

 

ABŞ iqtisadiyyatı son 75 ilin ən dəhşətli rübünü yaşayır. Demokratlar və respublikaçılar ölkənin xilası üçün çalışır. Prezident isə ya ümumiyyətlə hərəkət etmir ya da panikaya qapılıb”.

Musavat.com xəbər verir ki, bu cümlələr Almaniyanın “Die Zeit” qəzetinin analitik yazısında yer alıb.

Müəllif Klaus Brinkboymer bu həftəni Birləşmiş Ştatlar üçün iqtisadi dağılma kimi xarakterizə edib. Belə ki, 5 illik fasiləsiz böyümə ÜDM-in kəskin şəkldə 9,5% aşağı düşməsi ilə qırılıb. Son rüblə bağlı statistik göstəricilər ABŞ şirkətlərinin ölkə iqtisadiyyatına sərmayə qoymadığını, istehlakçıların isə vacib məhsulları almadığını ortaya çıxarıb.

Nyu-York bunun ən bariz örnəyi sayıla bilər. Bu ilin mart ayından şəhərdə 2,8 min müəssisə bağlanıb. Şəhərdəki iş yerlərinin 98%-ni əhatə edən 250 min civarında ailə şirkəti, kafelər, bərbər salonları, kimyəvi təmizləmə və xırda mağazalar iflas edib.
Ölkə rəhbərliyi isə hələ də COVİD-19-a qarşı milli strategiyanı işləyib hazırlaya bilmir. Virus isə bir ştatdan digərini gəzərək 160 min ameikalını həyatına son qoyub. Federal hökumətin ayırdığı 3 trilyonluq yardım paketi sacəcə köməkçi rolunu oynayaraq əsas problemi həll etməyib. Hələ ötən həftə 1,4 milyon vətəndaş işsizlik müavinatı almaq üçün fedral orqanlara müraciət edib. Artıq ard-arda 19-cu dəfə hər həftə milyondan çox vətəndaşın ərizəsi qeydə alınıb. Bu təxminən 30 milyon amerikalının işsiz qaldığını göstərir.

“Prezident isə görünür heç bir şeyin fərqində olmamış kimi davranır. Əvvələr iqtisadi göstəricilərlə öyünən Tramp bununla ikinci dəfə seçiləcəyinə ümid edirdi. İndi isə o, tam panikaya düşüb və acığını tvitterdə kobud mesajlar yazmaqla çıxır”,-deyə yazıda qeyd olunub.

Müəllif Ağ Evin yeni, vergi endirimlərini nəzərdə tutan ikinci paketini olduqca qəribə hesab edir. Üstəlik, bütün bu koronaböhranın fonunda Federal Təhqiqatlar Bürosunun mərkəzi pfisinin təmirinə 1,75 milyard dollar vəsait ayrılması ayrıca söz-söhbətə səbəb olub.

Hələ may ayından bu yana demokratlar əhaliyə 3 trilyon dollarlıq yeni yardım paketini Nümayəndələr palatasında səsverməyə qoyaraq keçirmişdilər. Həmin layihə vətəndaşlara həftəlik 600 dollar yarıdm edilməsi, kirayənişinlərin borclaırnın ödənilməsi üçün 200 milyard dollar pul ayrılması, habelə koronavirusla mübarizə üçün milli tibbi proqramlara dəstək verilməsini nəzərdə tuturdu.

Bir həftə sonra isə respublikaçılar çoxluq təşkil etdikləri Senatda yeni tədbirlər planını ortaya qoyublar. Hakim partiya yardım həcmini 1 trilyona, vətəndaşaalra ayrılacaq pulu isə 200 dollara qədər endirib, ştatlara, səhiyyə sahəsinə xüsusi subsidiyalaırn ayrılmasını dayandırıb. 20 respublikaçı senator isə ümumiyyətlə hər hansı paketin qəbul olunmasına qarşı olduğunu bildirib.

Vəziyyət iqtidarı dəstəkləyən ekspertlərin də narazlığına səbəb olub. Respubliklaçılara yaxınlığı ilə bilinən, tanınmış iqtisadçı, Amerikan sahibkarlıq institunun eksperti Maykl R. Streyn “The New York Times” qəzetinə verdiyi müsahibədə Donald Trampın ölkədə yaranan dramatik vəziyyəti, iqtisadiyyatın fəlakət situasiyasında olduğunu anlamadığını deyib.