Tramp ABŞ-ın 2021-ci il büdcəsini imzalayıb

294

ABŞ Prezidenti Donald Tram koronavirus pandemiyasına görə 900 milyard dollarlıq iqtisadi yardım paketini ehtiva edən 2021-ci ilin büdcəsini imzalayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Tramp özü məlumat verib.

Adambaşına 900 dollarlıq ödənişi nəzərdə tutan iqtisadi yardım paketi 2021-ci ilin sentyabrına qədər davam edəcək 1,4 trilyon dollarlıq büdcənin tərkib hissəsidir.

Qeyd edək ki, bundan əvvəl koronavirusun ziyanını qarşılamaq üçün əhaliyə adambaşına 600 dollar verilməsi nəzərdə tutulmuşdu. Lakin Tramp bu rəqəmlə razılaşmayaraq ödəniləcək vəsaitin 2 min dollara qaldırılmasını tələb etmişdi.  ABŞ lideri 600 dollarlıq ödənişi “utanc verici” adlandıraraq Konqresin hər iki palatası tərəfindən qəbul edilmiş büdcə layihəsini imzalamaqdan imtina etmişdi.