Tramp 12 il prezident olmaq istəyir

69

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp prezident seçkiləri kampaniyası ilə bağlı çıxışında deyib: “4 il daha qazanacağıq, sonra bəlkə əlavə 4 il də istəyərik”.

Tramp Henderson şəhərindəki çıxışında deyib: “521 gün sonra Nevadanı fəth edəcəyik. Ağ Evdə daha 4 il qazanacağıq. Həmin 4 ildən sonra bəlkə yenə də 4 il istəyərik. Bundan sonrasını da müzakirə edəcəyik, elə deyilmi?”

Bəlli olduğu kimi, Tramp 2016-cı ildə seçkilərdə qələbə qazanmışdı. Bir daha seçilərsə, qüvvədə olan qanunvericiliyə görə, növbəti dəfə seçkilərdə iştirak edə bilməz.