Tramp: “Ərdoğanla münasibətlərimiz çox yaxşıdır. Türkiyə öz işini özü həll edə bilir”

81

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib: “Türkiyə öz işini özü həll edə bilir. Ərdoğan ilə münasibətlərimiz çox yaxşıdır”.

ABŞ-ın Əfqanıstan və Suriya kimi dövlətlərin ərazisindəki hərbçilərini geri çağırdığını vurğulayan Tramp deyib: “Suriya ilə Türkiyə arasındakı hərbçilərimizi oradan çıxardığımız zaman baş verənləri xatırlayın. Hamı “bu qorxuncdur” dedi. Türkiyə öz işini tamamilə özü həll edə bilər. (Prezident Rəcəb Tayyib) Ərdoğan ilə çox yaxşı əlaqələrimiz var”.