​Toydan qayıdan “NİVA” gölə düşdü – Sürücü boğulub öldü, sərnişin isə qaçdı – VİDEO

    6

    Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org ARB TV-yə istnadən xəbər verir ki, qəza rayonun Hacıqədirli kəndində qeydə alınıb.

    Toy mərasimindən gələn Şamaxı Rayonunun Bağırlı kənd sakini, 43 yaşlı İlqar Hacıyev NİVA markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq kəndin yaxınlığında yerləşən gölə düşüb. Avtomobil suda batıb. Hadisə zamanı sürücü İlqar Hacıyev boğularaq dünyasını dəyişib.

    Kənd sakinlərinin sözlərinə görə, avtomobildə bir sərnişin də olub və qəza zamanı o maşından çixaraq hadisə yerindən uzaqlaşıb. Cəsəd və avtomobil kənd sakinlərinin köməkliyi ilə sudan çıxarılıb.

    Faktla bağlı araşdırma aparılır.