Tovuzun Dondar Quşçu kəndi top atəşinə tutuldu

195

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub.

Hurriyyet.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.