Tovuzda BƏDBƏXT HADİSƏ: 3 nəfəri “tok” vurdu

    42

    Tovuz rayonunda bədbəxt hadisə baş verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

    Kənd ərazisində çalışan “Polad İnşaat”ın əməkdaşları – Tovuz sakinləri Abdullayev Suliddin Valeh oğlu, Abdülvəzirov Ayət İsmayıl oğlu və Türkiyə vətəndaşı Xudayi Nihadı elektrik cərəyanı vurub. 

    Yaralılar Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    S. Abdullayev və A. Abdülvəzirovun vəziyyəti ağır qiymətləndirilir.